Əmək, pensiya və müavinət sahəsində pozuntularla bağlı işlərə baxılma qaydası müəyyənləşir

Əmək, pensiya və müavinət sahəsində pozuntularla bağlı işlərə baxılma qaydası müəyyənləşir
# 23 fevral 2021 13:11 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən istifadə edilməklə baxılmanın xüsusiyyətləri” adlı fəsil əlavə olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu sahədə inzibati xətalar müvafiq icra hakimiyyətin orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR