Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb
# 12 noyabr 2020 18:30 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək Məcəlləsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanına etdiyi müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkə müddətli əmək müqaviləsi bağlanacaq.

Digər dəyişikliklə azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

Həmçinin Prezident İlham Əliyevin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 171-VIQD nömrəli Qanununun tətbiqi” ilə bağlı fərmana edilən müvafiq dəyişikliklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, habelə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxlanılma xərcləri sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR