Muxtar Babayev: "Nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur"

Muxtar Babayev: "Nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur"
# 31 oktyabr 2019 12:15 (UTC +04:00)

"Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur". APA xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: "Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”.

Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam etdirilir və ildən-ilə bu proses artır: "Müəyyən zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR