Nazir: "Bakıdakı məktəblərin 10-12 faizində ərazi prinsipi tətbiq olunur"

Nazir: "Bakıdakı məktəblərin 10-12 faizində ərazi prinsipi tətbiq olunur"
# 17 oktyabr 2019 15:48 (UTC +04:00)

“Bu il məktəbəhazırlıq qruplarına yazılan uşaqların sayı 100 mindən çoxdur. Hər hansı məktəbdə məktəbəhazırlıq siniflərinin sayının artırılmaması orada boş siniflərin olmaması ilə bağlı ola bilər".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir deyib ki, bu problemlə daha çox Bakı və digər şəhərlərdə rast gəlinir: “Belə olan təqdirdə ərazi prinsipini təqdim edirik. Bakıda 320-dən artıq məktəb mövcuddur. Təxminən 10-12 faiz məktəbdə ərazi prinsipi tətbiq olunur. Digər məktəblərdə ciddi sıxlıq yoxdur. Hər bir halla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməyi tövsiyə edirəm. Müraciət varsa, hansısa şagirdin məktəbəhazırlıq qrupuna yazılmaması halı ola bilməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR