Nazir müavini: "Azərbaycanda beşyaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub"

Nazir müavini: "Azərbaycanda beşyaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub"
# 18 iyun 2019 16:33 (UTC +04:00)

"Hazırda dünyada 53 milyon nəfərə yaxın uşaq məktəbə getmir. Onların böyük qismi münaqişə zonasında yerləşən ölkələrin əhalisinin payına düşür. Hazırda dünyada 103 milyon nəfərdən artıq gəncin savadlılıq dərəcəsi sıfırdır ki, bunun da 60 faizini qadınlar təşkil edir".

APA-nın xəbərinə görə, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən Təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, Azərbaycanda son 15 ildə təhsilin inkişafı, eləcə də təhsil infrastrukturunun inkişaf etdirilməsi üçün müvafiq işlər görülməkdədir: "Azərbaycanda cari ildə 5 yaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub. Növbəti hədəf 2020-ci ildə bu göstəricinin 90 faiz olmasıdır. 1-ci sinfə qəbul olanların sayında da artım baş verib. 2018-ci ildə 165 mindən çox uşaq 1-ci sinfə qəbul olub. 2013-cü ildə isə bu göstərici 138 min idi. Bu gün Azərbaycanda ümumtəhsil pilləsində 1 milyon 533 minə yaxın uşaq təhsil alır".

Nazir müavini deyib ki, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil pillələrində həm qızlar, həm də oğlanlar arasında savadlılıq səviyyəsi, riyazi bacarıqlar göstəricisi yüz faizlik göstərici ilə ifadə olunur: "Hər il ali təhsil müəssisələrinə 50 mindən artıq tələbə qəbul olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR