Nazir müavini: "Əlilliyi olan 500 nəfərə dayanıqlı bisnes qurmalarına dəstək veriləcək"

Nazir müavini: "Əlilliyi olan 500 nəfərə dayanıqlı bisnes qurmalarına dəstək veriləcək"
# 17 sentyabr 2019 12:10 (UTC +04:00)

"Nazirliklə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünuməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı bisnes qurmalarına dəstək veriləcək".

APA xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib:

"Hər bir vətəndaşa onunla bağlı bütün sosial məlumatlara çıxış, eyni zamanda yaranan sosial hüquqları müqabilində müvafiq dövlət xidmətlərindən faydalanmaq imkanı verən "e-sosial" internet portalı bundan sonra proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatlara real vaxt rejimində çıxış, həmçinin özünüməşğulluq proqramının icrasına geniş ictimai nəzarət imkani verəcək", - deyə nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR