Nazir müavini: "Ömründə ağac əkməyənlər özlərini təbiət cəfakeşi kimi göstərirlər"

Nazir müavini: "Ömründə ağac əkməyənlər özlərini təbiət cəfakeşi kimi göstərirlər"
# 22 noyabr 2019 15:31 (UTC +04:00)

"2017-ci idə Meşə Məcəlləsinə dəyişiklik oldu. Dəyişikliyə qədər meşələr 10 il müddətinə icarəyə verilirdi. 2017-ci ildə edilən dəyişiklik isə meşələrin daha uzun müddətə icarəyə verilməsini nəzərdə tutur".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, elə ağaclar var 5-6 ildən sonra məhsul verməyə başlayır. Belə olan halda sahibkar üçün meşəni icarəyə götürmək maraqlı deyildi:

"Çünki sahibkar ona milyonlarla manat vəsait sərf edirdi. Ona görə də icarə müddəti uzadıldı. Artıq meşə ilə örtülü olmayan ərazilər də sahibkarlara icarəyə verilir. Orada yerli şəraitə uyğun ağacların əkilməsi ilə bağ salınır. Bu, Azərbaycanda həm məhsul bolluğunun yaranmasına, həm də əlavə iş yerlərinin yaranmasına səbəb olur".

Nazir müavini diqqətə çatdırıb ki, sosial şəbəkələrdə aqrobağların salınması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədilə düzgün olmayan informasiyalar yayılır:

"Bu məlumatlar da onların təxəyyülünün nəticəsidir. Onların da bir neçəsi meşə müəssisələrində işləyib, ordan çıxarılan şəxslərdir. Ömründə bir ağac belə əkməyən şəxslər, özlərini təbiət cəfakeşi kimi təqdim etmək istəyirlər, amma hər kəs onları yaxşı tanıyır. Nazirlik olaraq bütün şikayətçiləri dinləməyə hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR