Nazir: “Təhsil sistemində orta aylıq əməkhaqqı 600 manatı keçib”

Nazir: “Təhsil sistemində orta aylıq əməkhaqqı 600 manatı keçib”
# 11 sentyabr 2019 11:24 (UTC +04:00)

"İndiyə qədər 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib".

APA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, əmək haqları 2 dəfə artırılıb: "Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta aylıq əməkhaqqı 600 manatı keçib". Nazir bildirib ki, eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra əmək haqqı 1000 manatdan çox təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR