Nazirlik: Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacaq

Nazirlik: Yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlanılacaq
# 21 sentyabr 2019 13:15 (UTC +04:00)

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ötən ildən başlayaraq tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlanıb. Həm plastik, həm də emal üçün yararlı olan digər tullantıların toplanması ilə bağlı artıq 37 şəhər və rayonda 200-dən çox konteyner istifadəyə verilib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib. Onun sözlərinə görə, təkrar emal müəssisələri çeşidlənmiş tullantını qəbul etməyə hazır olur:

"Əgər tullantı çeşidlənmirsə, onun təkrar emala cəlb olunması da çətin olur. Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərimanov rayonu ərazisində tullantıların çeşidlənməsi ilə bağlı layihəyə başlanılıb. Həmin ərazidə ilkin olaraq əhalinin çeçidlənməyə cəlb olunması və evlərdən çeşidlənmənin başlanması ilə bağlı tədbirlər keçirilir. İlkin nəticələr ürəkaçandır. Çox güman ki, yaxın vaxtlarda bütün ölkə üzrə tullantıların çeşidlənməsinin tətbiqinə başlayacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR