"Nəsimi ili" ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

"Nəsimi ili" ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb
# 22 noyabr 2019 15:51 (UTC +04:00)

""Nəsimi ili" ilə bağlı 650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir:

"Harada hansı ağacların əkilməsi müəyyənləşib. Ağacların böyük hissəsi magistral yolların kənarında əkiləcək".

F.Əliyev bildirib ki, xəritədə yer alan ərazilərdə nazirliyin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək:

"Yaxın günlərdə ağac əkiminə başlanacaq. Bal verən nektar ağacların əkilməsinə üstünlük veriləcək. Eyni zamanda, Suraxanı rayonu, keçmiş Yod-brom zavodunun ətrafında çirklənmiş 100 ha sahənin nazirlik tərəfindən təmizlənərək bərpa edilməsi və orada da ağac əkilməsi nəzərdə tutulub".

Nazir müavini vurğulayıb ki, həmin gün ən çox ağac Nəsiminin anadan olduğu Şamaxı rayonunda əkiləcək:

“Bir gündə 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə dəqiq tarix ictimaiyyətə açıqlanacaq. Ağacların əkilməsi ilə yanaşı onlara qulluq edilməsi də vacib məsələlərdəndir. İctimai nəzarət nə qədər güclü olsa o qədər məsuliyyət artacaq".

F.Əliyev qeyd edib ki, ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcək:

"Artiq Sabirabadda, Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib. Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Nazirlik mütəmadi şəkildə ağac əkiləcək ərazilərə Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə nəzarət tədbirləri həyata keçirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR