Olimpiya idman növləri üzrə milli komandaların baş məşqçilərinin maaşları artırılıb

Olimpiya idman növləri üzrə milli komandaların baş məşqçilərinin maaşları artırılıb
  • Clock-gray 23:01
  • calendar-gray 08 Oktyabr 2019

 

Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Beləliklə, Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manatdan 890 manata qaldırılıb.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date