Oqtay Şirəliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr imzalayıb

Oqtay Şirəliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr imzalayıb
# 19 iyul 2019 10:22 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvafiq əmrə əsasən, XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadaları növbə çəkəcəklər.

Bu, ayın 29-na qədər davam edəcək.

Bundan əlavə, bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR