9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başa çatır

9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başa çatır
# 16 iyul 2019 15:32 (UTC +04:00)

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat bu gün başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, qeydiyyat iyulun 8-də başlayıb və 16 iyulda bitəcək. Qabiliyyət imtahanları isə iyulun 18-dən avqustun 4-dək keçiriləcək.

Qeyd edək ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR