Ötən il Azərbaycanda 56 uşaqda peyvənddən sonra reaksiya və ağırlaşma halları olub

Ötən il Azərbaycanda 56 uşaqda peyvənddən sonra reaksiya və ağırlaşma halları olub
# 16 avqust 2019 11:24 (UTC +04:00)

2018-ci ildə Azərbaycanda 56 uşaqda peyvənddən sonra reaksiya və ağırlaşma halları baş verib.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 6 nəfərində vərəm əleyhinə, 22 nəfərində I dərəcəli difteriya, göyöskürək və tetanusa (GDT, Hep B, Hib) qarşı, 4 nəfərində II dərəcəli difteriya, göyöskürək və tetanusa (GDT, Hep B, Hib) qarşı, 5 nəfərində III dərəcəli difteriya, göyöskürək və tetanusa (GDT, Hep B, Hib) qarşı, 15 nəfərində difteriya, göyöskürək və tetanusa qarşı, 4 nəfərində I dərəcəli qızılca, parotit və məxmərəyə qarşı peyvəndlərdən sonra bu hal ortaya çıxıb.

Məlumatda qeyd olunub ki, ötən il Azərbaycanda hepatit B-yə qarşı 133775 uşaq peyvənd olunub ki, onlardan 69441-i oğlan, 64334-ü isə qızdır. Uşaqlardan 133775 nəfəri 1 yaşadək olanlardır. 1407 uşaq isə peyvənddən kənar qalıb.

Bundan başqa 131659 uşaq vərəm əleyhinə peyvənd olunub. Onlardan 68259-u oğlan, 6340-ü qız uşaqlarıdır. 3548 uşaq isə vərəm əleyhinə peyvənddən kənar qalıb. Poliomelitə qarşı (OPV -0) 131816 uşaq peyvənd olunub, onların da 68019-u oğlan, 6379-i qızdır. Həmin uşaqlardan 131816-sı 1 yaşadək olanlardır. 3391 uşaq isə bu peyvənddən kənar qalıb.

Ötən il I dərəcəli poliomelitə qarşı (OPV-I) 137140 uşaq peyvənd olunub. Onlardan 75187-si oğlan, 62183-ü qızlardır. Onların 130858 nəfəri 1 yaşadək uşaqlardır. 2777 uşaq isə peyvənddən kənar qalıb.

II dərəcəli poliomelitə qarşı(OPV-II) 136857 uşaq peyvənd olunub. Onlardan 75187-si oğlan, 61670-i qızdır. Peyvənd olunanlardan 129757-si 1 yaşadək uşaqlardır. Peyvənddən kənar qalan uşaqların sayı isə 3878 nəfərdir.

III dərəcəli poliomelitə qarşı (OPV-III) 137879 uşaq peyvənd olunub ki, onlardan 76742-si oğlan, 61137-si isə qızdır. Onlardan 128697 nəfəri 1 yaşadək uşaqlardır. 4938 nəfəri isə peyvənddən kənarda qalıb.

IV dərəcəli poliomelitə qarşı (OPV- IV) 69564 nəfəri oğlan, 62802 nəfəri qız olmaqla, 132456 uşaq peyvənd olunub. Peyvənd olunmayanların sayı isə 4831 nəfərdir.

Ötən il I dərəcəli difteriya, göyöskürək və tetanusa (GDT, Hep B, Hib) qarşı 136198, II dərəcəli GDT, Hep B, Hib-ə qarşı 136675, III dərəcəli GDT, Hep B, Hib-ə qarşı 138571 uşaq peyvənd olunub. I dərəcəli GDT, Hep B, Hib-ə qarşı peyvənddən 4916, II dərəcəli GDT, Hep B, Hib-ə qarş peyvənddən 6144, III dərəcəli GDT, Hep B, Hib-ə qarşı peyvənddən 7018 uşaq kənar qalıb.

Difteriya, göyöskürək və tetanusa (GDT) qarşı isə 69131-i oğlan, 62394-ü qız olmaqla 131525 uşaq peyvənd olunub. GDT üzrə 5762 uşaq isə peyvənddən kənar qalıb.

I dərəcəli qızılca, parotit və məxmərəyə qarşı (QPM) 131813 uşaq peyvənd olunub. Onlardan 69311 nəfəri oğlan, 62502 nəfəri isə qızdır. 5474 uşaq isə peyvənddən kənar qalıb. II dərəcəli QPM-ə qarşı 138658 uşaq peyvən olunub ki, onlardan 73225 nəfəri oğlan, 65433 nəfəri isə qızdır. Peyvənddən kənar qalan uşaqların sayı isə 5806 nəfərdir.

Difteriya və tetanusa qarşı (DT) 138461 uşaq peyvənd olunub. Onlardan 73089-u oğlan, 65372-si qız uşaqlarıdır. 6003 uşaq is peyvənddən kənar qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR