Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb

Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb
# 15 oktyabr 2019 15:41 (UTC +04:00)

"Bizi maraqlandıran məsələlərdən biri təhsildən yayınan şagirdlərdir. Uşağın təhsildən yayınma səbəbləri nə olursa-olsun, buna heç vaxt bəraət qazandırmaq olmaz".

APA-nın məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Nazir müavini qeyd edib ki, daha böyük məsələ isə şagirdin sinifdə saxlanmasıdır: "Hansı dövrdə yaşayırıq ki, oxuyub-yaza bilməyən şagird sinifdə saxlanılsın. Axı məktəbin əlində müxtəlif imkanlar var ki, vaxtında həmin uşağa təhsil keçib öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durduğu görülür. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Bəlkə də müəllim əsas fənlərdən hansısa humanistlik göstərib, bunu bilmirəm. Misal olaraq, ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Görəsən, Bakı şəhərində bu rəqəm nə qədərdir?!".

Nazir müavini bildirib ki, təlim-tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var: "Lakin oxumayan şagirdi bir il də geri salmaqla nə olur? Onsuz da belə uşaqlar dərsə gəlmir. Təhsil Nazirliyinin uzun müddət müzakirə etdiyi məsələ şagirdlərin yerdəyişməsi, bir sinifdən başqa sinfə, yaxud məktəbə keçməsi ilə bağlı qərar idi. Bu qərarda ziddiyyətli fikir sinifdə saxlamaq bəndinin qalıb-qalmaması idi. Son nəticə olaraq qənaətə gəlindi ki, bu bənd qərarda qalsın. Ola bilər ki, elə hal oldu ki, məktəb rəhbərliyi məcbur olub həmin şagirdi sinifdə saxlasın. Məktəb rəhbərliyi çox yaxşı bilir ki, həmin şagirdlər ikinci ilə qalanda 99%-i məktəbə gəlmir, ya da ümumiyyətlə təhsildən küsürlər. Əgər həmin uşaqlar üçün ayrı proqram hazırlanıb müsbətə doğru nəsə ediləcəksə, bu, başqa məsələ. Təhsil standartları onsuz da ən minimum həddi müəyyənləşdirilib və normal təfəkkürə malik olan hər bir uşaq bunu mənimsəyə bilər. Bu məsələni nəzarətə götürmək lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR