Ötən il Azərbaycanda əməliyyat olunanlar arasında qadınlar çoxluq təşkil edib

Ötən il Azərbaycanda əməliyyat olunanlar arasında qadınlar çoxluq təşkil edib
# 15 oktyabr 2019 15:32 (UTC +04:00)

2018-ci ildə kişilərlə müqayisədə qadınlar arasında cərrahi müdaxilələrin sayı 2,1 dəfə çox olub.

APA xəbər verir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin hazırladığı hesabatda qeyd edilib. Hesabata əsasən, cərrahi əməliyyatlarda həzm sisteminin xəstəlikləri üzrə cərrahi əməliyyatlar 29,3 %, göz xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,4% sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,1% və yeni törəmələri sinifləri üzrə üzrə cərrahi əməliyyatlar isə 11,1% olub.

Hesabata əsasən, cərrahi əməliyyatların 38%-i mərkəzi rayon xəstəxanalarında, 24%-i Bakı şəhər xəstəxanalarında, 19%-i bazaya daxil olan özəl klinikalarda, 16%-i doğum evlərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR