Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 000 manat ayrılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 000 manat ayrılıb
  • Clock-gray 16:54
  • calendar-gray 17 Oktyabr 2019

Prezident İlham Əliyev Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 000 (yeddi yüz doxsan min) manat vəsait ayrılıb.

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date