Psixoloji yardım haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib

Psixoloji yardım haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib
# 14 noyabr 2019 17:38 (UTC +04:00)

Psixoloji yardım haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, psixoloji yardım almağa məcbur etməyə görə beş yüz manat məbləğində cərimə edilir.

Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyin, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Psixoloji yardım sahəsində psixoloji yardım alan şəxslərin həyatına, sağlamlığına, psixoloji rifahına və ya ləyaqətinə zərər yetirə biləcək tədqiqatlar aparılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR