Şəkidə yol inşaat işləri zamanı qaz xətti zədələnib, bir neçə kənd qazsız qalıb

Şəkidə yol inşaat işləri zamanı qaz xətti zədələnib, bir neçə kənd qazsız qalıb
# 16 avqust 2019 11:55 (UTC +04:00)

Bu gün səhər saatlarında 2 rayonda bir neçə yerdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.

Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR