Tanınmış jurnalist AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub

Tanınmış jurnalist AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub
# 03 sentyabr 2019 11:14 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Ekspress" qəzetinin keçmiş baş redaktoru, tanınmış jurnalist Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə “Ekspress” qəzetinin baş redaktoru olub.

Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə Nicat Abdullayev rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR