Qida Təhlükəsizliyi İnstitutu fındıq istehsalı ilə bağlı araşdırmalara başlayıb

Qida Təhlükəsizliyi İnstitutu fındıq istehsalı ilə bağlı araşdırmalara başlayıb
  • Clock-gray 17:27
  • calendar-gray 16 Sentyabr 2019

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Şəki-Zaqatala bölgəsində fındığın istehsalı, qurudulması və saxlanılması zamanı tərkibində aflatoksinin yaranma səbəblərinə dair elmi araşdırmalar aparır.
İnstitutdan APA-ya verilən xəbərə görə, tədqiqatın aparılmasında məqsəd regionda məhsullarda aflatoksinin yaranma səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, risk qiymətləndirilməsinin həyata keçirilməsi, məhsulun yığım tarixlərinin dəqiq müəyyənləşdirilməsi, həmçinin fındığın becərilmə, emal, qurutma və saxlanma şərtlərinin mövcud normalara uyğunlaşdırılmasıdır.
Araşdırmaların nəticəsi olaraq fındıq istehsalçılarına aflatoksinsiz fındıq yetişdirmənin yolları, istehsal zəncirinin bütün mərhələlərində aflatoksinin əmələ gəlmə risklərinin azaldılması ilə bağlı elmi əsaslandırılmış tövsiyələrin təqdim edilməsi nəzərdə tutulur.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date