Əqli Mülkiyyət Agentliyi koronavirusla bağlı fiziki və hüquqi şəxslərə müraciət edib

Əqli Mülkiyyət Agentliyi koronavirusla bağlı fiziki və hüquqi şəxslərə müraciət edib
# 31 mart 2020 17:38 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Əqli Mülkiyyət Agentliyindən APA-ya verilən məlumata görə, yaranmış vəziyyətlə əlaqədar olaraq, Agentlik müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizələrin qəbulunu yalnız elektron hökumət (E-gov) portalı, sənaye mülkiyyəti obyektləri barədə iddia sənədlərinin qəbulunu isə elektron poçt ([email protected]) vasitəsilə həyata keçirir və bildirir ki, sənədlərin elektron poçt vasitəsilə qəbulu ölkədə həyata keçirilən izolyasiya tədbirlərinə töhfəsini verəcək.

Eyni zamanda sənaye mülkiyyəti obyektlərində ilkinlik tarixinin əsas olduğunu nəzərə alaraq, qeyd etmək istəyirik ki, iddia sənədinin elektron poçta daxil olduğu tarix ilkinlik tarixi kimi nəzərə alınacaqdır.

Hazırda koronavirusla bağlı yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlər deyil, həm də vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR