Qoşulmama Hərəkatı ölkələrinin gənc liderlərinin Bakı Forumu Forumunu öz işinə başlayıb

Qoşulmama Hərəkatı ölkələrinin gənc liderlərinin Bakı Forumu Forumunu öz işinə başlayıb
  • Clock-gray 00:32
  • calendar-gray 23 Oktyabr 2019

Oktyabrın 22-də Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət  və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi ərəfəsində “Gənclər təşkilatlarının beynəlxalq Forumu” adlı layihə çərçivəsində Qoşulmama Hərəkatı (QH) ölkələrinin gənc liderlərinin Bakı Forumunu öz işinə başlayıb.

Demokratik İslahatçı Gənclər İctimai Birliyindən APA-ya verilən xəbərə görə, forumu giriş sözü ilə açan beynəlxalq əlaqələr üzrə ekspert Əhməd Əlili Azərbaycanın bu  qurumda təmsilçiliyindən və fəaliyyəti barədə söz açıb. Ə. Əliyev bildirib ki, Azərbaycanın bu gün BMT-dən sonra ikinci böyük qurumda təmsilçiliyi ölkəmizin siyasi nüfuzunun təbliğində daha bir vasitə kimi dəyərləndirilə bilər: “Azərbaycan həssas regionda yerləşməsinə rəğmən bölgədə və dünyada çevik siyasət yürütməkdədir. Bunun nəticəsi kimi bölgədə keçirilən bütün böyük tədbirlərdə rəsmi Bakı ev sahibi və ya əsas iştirakçı kimi iştirak edir. Bu isə ölkəmizin siyasi proseslərdəki yerini çəkisini sərgiləmiş olur”. 

Tədbirdə çıxış edən Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynli layihənin əsas məqsədinin  QH ölkələrinin gəncləri arasında Azərbaycanın gənclər siyasətinin, ASAN xidmət brendinin, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat sayılan bu qurumun gəncləri arasında təbliğ etməkdir: “ Biz buraya həmin ölkələrin bir hissəsinin gənclər təşkilatlarnı, gənc liderlərini dəvət etməklə, bu günün fəal gənci, gələcəyin məmuru, siyasətçisi olan bu fəallar vasitəsilə ölkəmizin uğurlu təbliğatını aparmağı hədəfləyirik”.

Parlamentin Beynəlxalq Əlaqələr  Komitəsinin sədr müavini , millət vəkili Sevinc Fətəliyeva isə bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi bir daha ölkəmizin bütün dövlətlərə hörmətlə yanaşmasının, sülhməramlı olmasının göstəricisidir. 

Biz hamı ilə qarşılıqlı münasibətlərimizi dostluq formatında davam etdiririik. Təbii ki qarşılıqlı əməkdaşlıqda məhz bu istiqamətdə formalaşaraq inkişaf edir. Bu gün gənclərimziin də  bu mövzuda yeni bir platformada birləşmək istəməsi  təbii ki tədiredici haldır.  Millət vəkili Azərbaycan gənclər siyasəti ilə bağlı ölkəmizin mükəmməl qanunvericilik bazasına malik olduğunu bildiirib: “Azərbaycanda gənclərə imkan yaratmaq, onların inkişafına, iştirakına  daha geniş imkanlar açmaq üçün seçkilərdə iştirak yaşının 18 yaşa çatdırılmışdır”. 

Parlamentin Elm, Təhsil Komitəsinin üzvü, millət vəkili Pərvin Kərimzadə  bildirib ki, bir neçə gündən sonra Azərbaycan çox böyük bir tədbirə ev sahibliyi edəcək və üç il bu təşkilata sədrlik edəcək. Bu, bizim üçün məsuliyyət və nüfuz məsələsidir: “Bu ona işarə edir ki, bu gün Azərbaycanın sözü eşidilir və bizimlə hesablaşırlar. İkinci amil isə odur ki, müharibə vəziyyətində olmasına rəğmən Azərbaycan dövləti bu gün bu tədbirlərə ev sahibliyi etməklə tədbirin təhlükəsizliyinə təminat verir, milli maraqlarımıza söykənən xarici siyasət yürüdür”. 

Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri   Seymur Hüseynov bildirib ki, Azırbaycan Gənclər Fondu ölkənin gənclər siyasətində aparıcı rqüvvələrdən biridir. Fond gənclərə və gənclər təşkilatlarına müxtəlif növ dəstək verməkdədir.: “ Gənclər Fondu yalnız layihələrə deyil, eyni zamanda gənclərin star up layihələrinə , təhsil xərclərinə də dəstək verir”. 

Azərbaycan Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, millət vəkili Rufiz Qonaqov  isə bildirib ki, Azərbaycan  dünyanın enerji dəhlizini  dəyişən ölkədir: “Bu gün dünyanın aparıcı qurumları Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Çünki Azərbaycan hər zaman sülhün tərfində olub və hər bir ölkə ilə dostluq mövqeyini qoruyub. Qoşulmama hərəkatının əsas məqsədi də məhz sülh, barış deməkdir. İnanırıq ki, bu qurum mənasına uyğun olaraq orda təmsil olunan dövlətlər də hər zaman 

Azərbaycanın haqlı mövqeyini digər qurumlarda da dəstəkləyəcəklər. 
Forumda Azərbaycan gənclər təşkilatının sədri Asif Əsgərli, Ukrayna, İordaniya, İrak, Kazaxıstannın gənclər siyasəti ilə bağlı təqdimatları dinlənilib. 

İki gün davam edəcək Forumda könüllük fəaliyyəti, gənclər siyasəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Forumun üçüncü günü qonaqların bir sıra dövlət qurumlarında görüşlərinın keçirilməsi nəzərdə tutulur”. 
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date