Qubada "Alma bayramı" keçirilib - FOTO

Qubada "Alma bayramı" keçirilib - FOTO
# 12 oktyabr 2019 13:18 (UTC +04:00)

Bu gün Qubada “Alma bayramı” keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirə nazirlər, komitə sədrləri, xarici ölkə nümayəndələri, elm və incəsənət xadimləri qatılıb.

“Alma bayramı”nda şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qruplarının, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Tədbirə qatılan xarici ölkə nümayəndələri mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.

“Alma bayramı”nda qubalı bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib.

Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim olunub.

Qeyd edək ki, “Alma bayramı” 2012-ci ildən etibarən hər il keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR