Qubada polislər qanvermə aksiyasında iştirak ediblər - FOTO

Qubada polislər qanvermə aksiyasında iştirak ediblər - FOTO
# 19 iyul 2019 01:32 (UTC +04:00)


Qubanın B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya
İnstititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində
talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası
keçirilib.

DİN Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti də iştirak edib.

Polislər bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildirirərək,
xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və
talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə
olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR