Rövşən Rzayev: "Milli Şuranın piketində evsiz olduğu barədə müsahibə verən məcburi köçkün yalan danışır"

Rövşən Rzayev: "Milli Şuranın piketində evsiz olduğu barədə müsahibə verən məcburi köçkün yalan danışır"
  • Clock-gray 11:40
  • calendar-gray 10 Oktyabr 2019

“Milli Şuranın keçirdiyi piketdə evsiz olduğu ilə bağlı videomüsahibə verən məcburi köçkünün yalan danışdığı məlum olub".

APA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bununla bağlı Komitədə araşdırma aparılıb: “Ona və ailə üzvlərinə ev verilib".

Komitə sədri deyib ki, Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədidə yaşayır: “Bərdə rayonunda torpaq sahəsinin ayrılması ilə bağlı proses gedir. Ancaq mən deyə bilmərəm ki, orda binalar tikməyə nə zaman başlayacağıq. Hazırda Lənkəranda 45 ailəlik bina tikilir. Füzuli rayonunda işğaldan azad olunmuş kənddə fərdi evlər tikilir. Hazırda Cocuq Mərcanlıda hər 150 evə bir əlavə tikili inşa olunur”.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date