Ərzaq mağazasında istehlak üçün yararsız məhsullar aşkarlanıb

Ərzaq mağazasında istehlak üçün yararsız məhsullar aşkarlanıb
# 25 yanvar 2021 18:08 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şamaxı rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Mahmudov Nurlan Babaqulu oğluna məxsus “Ocaq” marketdə yoxlama keçiriblər.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı ərzaq mağazasında satışda istifadə müddəti bitmiş 9,4 kq "Ranço" nişanlı Holland pendiri, 3 kq "Zolotava" nişanlı bitki spred yağı və 1 kq "İsmayıllı" nişanlı kərə yağı aşkarlanıb. Araşdırma zamanı müəssisənin girişində dezbaryerin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı, istifadə müddəti bitmiş məhsulların digər məhsullarla eyni soyuducuda saxlanıldığı, satışda olan bir sıra ərzaq məhsullarının (kartof, yağ və s.) saxlama qaydalarına zidd olaraq birbaşa döşəmənin üzərinə yığılaraq saxlanıldığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR