Sabah Bakının mərkəzi küçələrinin birində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq - FOTO

Sabah Bakının mərkəzi küçələrinin birində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq - FOTO
# 12 oktyabr 2019 12:45 (UTC +04:00)

Oktyabrın 13-ü axşam saatlarından etibarən akademik Şəfaət Mehdiyev küçəsinin general Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR