Səhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olub

Səhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olub
  • Clock-gray 13:07
  • calendar-gray 21 Avqust 2019

Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub. 

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub. 

Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.

 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date