Siyəzəndə iki maşın toqquşub, 8 nəfər xəsarət alıb

Siyəzəndə iki maşın toqquşub, 8 nəfər xəsarət alıb
# 21 avqust 2019 09:34 (UTC +04:00)

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Qalaaltı yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4-nün müalicəsi isə mərkəzdə davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR