TN: Bu il istedadlı uşaqlar üçün  xüsusi siniflərin sayı 100-dən artıq olacaq

TN: Bu il istedadlı uşaqlar üçün  xüsusi siniflərin sayı 100-dən artıq olacaq
# 13 sentyabr 2019 18:03 (UTC +04:00)

“Regionlarda təhsil alan istedadlı uşaqların təhsil ala biləcəyi lisey siniflərin yaradılmasına qərar verilib. Bu məqsədlə regionlarda istedadı, çalışqanlığı ilə fərqlənən şagirdləri bir araya toplayaraq orada keyfiyyətli təhsili təmin edə biləcəyik”.

APA xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib. O bildirib ki, liseylərin həmin bölgələrdə seçilməsinin səbəblərindən biri onun region şagirdlərinə əlçatan olmasıdır: “Lisey siniflərinin kontingentinin əsasən fənn müsabiqələrində iştirak etmiş şagirdlərdən təmin olunmasını arzu edirik. Lisey siniflərinə qəbul imtahanında iştirak edənlərin sayı 1000-dən çoxdur. Nazirin müvafiq əmrinə əsasən, keçən ildən etibarən yerlərdə istedadlı uşaqlar üçün xüsusi siniflərin yaradılmasına başlanılıb. Keçən il bu siniflərin sayı təxminən 60 idi. Bu il həmin siniflərin sayı 100-dən artıq olacaq. Bu haqda yeni əmr hazırlanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR