​​​​​​​“Sosium” yenidən APA TV-nin efirində!

​​​​​​​“Sosium” yenidən APA TV-nin efirində!
# 19 avqust 2019 16:55 (UTC +04:00)

Efir hazırlıqları davam edən APA TV-nin ilk veriliş anonsu yayımlanıb.

APA-nın xəbərinə görə, “APA Group”a daxil olan internet televiziyasının ilk anonsu “Sosium” verilişi ilə bağlı olub.

APA TV-nin sevilən verilişlərindən olan “Sosium”un aparıcısı Sevinc Vaqifqızı olacaq.

Proqramda cəmiyyəti narahat edən sosial problemlərə toxunulacaq, aidiyyəti qurumların rəhbərləri və nümayəndələri vətəndaşları narahat edən suallara aydınlıq gətirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR