Sumqayıtın 70 illiyi qeyd olunub - FOTO

Sumqayıtın 70 illiyi qeyd olunub - FOTO
# 19 noyabr 2019 14:29 (UTC +04:00)

Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə rəsmi şəxslər, millət vəkilləri, xarici ölkə səfirliklərinin və Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, eləcə də minlərlə sakin iştirak edib.

Yubiley tədbirinə səhər saatlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektindən start verilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi orkestrinin müşayiəti ilə Azərbaycan prospekti boyunca hərbçilərin iştirakı ilə möhtəşəm parad təşkil edilib. Paradda Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olunub. Bununla yanaşı, şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri, idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR