Təhsil naziri: “7 fakt üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib"

Təhsil naziri: “7 fakt üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib"
# 17 oktyabr 2019 11:39 (UTC +04:00)

“Son bir ildə 300-ə yaxın yeni məktəb direktoru təyin edilib. Bu, təbii bir prosesdir. Ölkədə 4500 məktəb var, vakansiyalar yaranır”.

APA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, il ərzində TN tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində 6 nəfər Rayon Təhsil Şöbəsinin müdirinin, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib.

7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqaviləsinin uzadılmaması haqqında qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR