Təhsil naziri valideynlərlə məktəb proqramının yüklülüyü, şagird sıxlığı kimi məsələləri müzakirə edib

Təhsil naziri valideynlərlə məktəb proqramının yüklülüyü, şagird sıxlığı kimi məsələləri müzakirə edib
# 22 noyabr 2019 19:29 (UTC +04:00)

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Təhsil naziri ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib. Ceyhun Bayramov müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir həmçinin məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini xüsusi vurğulayıb.

Görüşdə nazir valideynləri maraqlandıran sualları cavablandırılıb, onların rəy və təkliflərini dinləyib.

Qeyd edək ki, yeni tədris ilindən Təhsil naziri məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR