Təhsil naziri: “X-XI siniflərdə təhsilin keyfiyyətinin artırılması ilə bağlı tapşırıq verilib”

Təhsil naziri: “X-XI siniflərdə təhsilin keyfiyyətinin artırılması ilə bağlı tapşırıq verilib”
  • Clock-gray 17:01
  • calendar-gray 17 Oktyabr 2019

“Repetitor faktoru mövcuddur, bunu hamımız bilirik. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif təhsil sistemlərində də bu və digər formada repetitorluq amili var”. 

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, inzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur: “Məktəblərdə təmayül siniflərinin yaradılmasının əsas məqsədi də odur ki, X-XI sinif şagirdləri hansı istiqamətdə ali təhsil almaq istəyirlərsə, məhz o fənlərə daha çox köklənsinlər. O fənlər üçün əlavə saatların paylanması, məktəb rəhbərləri tərəfindən tam orta təhsil səviyyəsində məktəbin ən təcrübəli müəllimlərinin ora cəlb edilməsi hesabına keyfiyyətli təhsili təşkil etmək mümkündür. Bunun səbəbi tam orta təhsil səviyyəsində daha yaxşı, keyfiyyətli təhsil mühitinin yaradılmasıdır. Əfsuslar olsun ki, müxtəlif vəziyyətin şahidi oluruq. Elə məktəblər var ki, bu işi kifayət qədər yaxşı səviyyədə təşkil edə bilirlər”. 

Nazir bildirib ki, bölgələrdə olan ucqar məktəblərdə təhsil alan, repetitor tutmağa imkanı olmayan ailələrin övladları, internat məktəblərinin məzunları yüksək nəticə göstərir: “Bu, bir daha onu təsdiq edir ki, məktəb bazasında işlər düzgün təşkil edilərsə, yüksək nəticə əldə etmək mümkündür. Biz hər il ümumtəhsil sahəsi ilə bağlı ənənəvi olaraq konfranslar keçiririk. Builki konfrans zamanı tam orta təhsil səviyyəsində, xüsusilə X-XI siniflərdə təhsilin keyfiyyətinin artırılması xüsusi vacib, strateji istiqamət kimi vurğulanıb və buna uyğun tapşırıqlar verilib. Bu il və növbəti illər ərzində bu məsələni ciddi nəzarətdə saxlayacağıq”. 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date