Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib

Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib
# 13 oktyabr 2019 11:54 (UTC +04:00)

Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub.

APA-nın yerli bürosunun məlumatına görə, Elmira Mürşüdlü Tovuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

E. Mürşüdlü bundan əvvəl rayonun Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbinin direktoru olub.

Xatırladaq ki, bir müddət əvvəl Validə Hüseynova Tovuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR