Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxil olan vəsaitin 7 faizi büdcəyə köçürüləcək

Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxil olan vəsaitin 7 faizi büdcəyə köçürüləcək
# 01 aprel 2020 16:18 (UTC +04:00)

Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxil olan vəsaitin 7 faizi dövlət büdcəsinə köçürüləcək.

APA-nın məlumatına görə, bu, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin, ona vurulan zərərin aradan qaldırılmasının və kompensasiya verilməsinin, yaşıllıqları mühafizə tədbirlərinin, ətraf mühitin mühafizəsi sahəsində başqa tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondları yaradıla bilər.

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, qanunvericilikdə müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri, qrantlar, könüllü ianələr, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR