Ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim forması olacaq

Ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim forması olacaq
  • Clock-gray 18:29
  • calendar-gray 12 Mart 2021

Baş nazir Əli Əsədov “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. 

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması” təsdiq edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: 

- iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir. 

- Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın hər il 31 dekabr vəziyyətinə dair hesabatını növbəti 2 ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim forması ilə təmin edilməsi xərcləri dövlət büdcəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər və “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun vəsaitləri hesabına həyata keçiriləcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər. 

Firuzə Vahid

Digər xəbərlər