Umayra Tağıyeva: "Yüksək temperatur yaxın 2-3 gün ərzində davam edəcək"

Umayra Tağıyeva: "Yüksək temperatur yaxın 2-3 gün ərzində davam edəcək"
# 25 iyun 2019 13:32 (UTC +04:00)

"Yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində, ayın 29-dək davam edəcək".

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, bu gün və sabah şimal küləyinin sürəti artacaq, havanın temperaturu 1-2 dərəcə aşağı enəcək və temperatur 31-36 dərəcədən yüksək olmayacaq.

U. Tağıyeva qeyd edib ki, ümumilikdə iyun ayının 29-dək ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq.

ETSN rəsmisi onu da vurğulayıb ki, 2 gün öncə iyun ayı üçün sutkalıq maksimum göstərici yenilənib, 37 dərəcə isti müşahidə olunub: "Ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında temperatur 10 dərəcə yüksək olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR