UNEC beynəlxalq reytinqdə Azərbaycan üzrə lider olub

UNEC beynəlxalq reytinqdə Azərbaycan üzrə lider olub
# 20 iyul 2019 11:54 (UTC +04:00)

“Webometrics” reytinq agentliyinin iyul ayında açıqladığı “Şəffaflıq Reytinqi - Google akademik istinadlarına görə ən yaxşı universitetlər” reytinqində (“Transparent Ranking: Top Universities by Google Scholar Citations in Top Google Scholar Profile”) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycanda lider olub.

Universitetdən APA-ya verilən məlumata görə, reytinqə əsasən, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1 977 istinad edilib.

Qeyd edək ki, UNEC reytinqdəki mövqeyinə görə, “Dakota State University”, “Colorado State University Pueblo”, “Framingham State University”, “Lindenwood University”, “Nicholls State University” kimi ABŞ və “University of London”, “University of Vechta”, “University of Suffolk”, “Turku University of Applied Sciences” və digər Avropa universitetlərini qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR