“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA

“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA
  • Clock-gray 11:20
  • calendar-gray 21 Sentyabr 2019

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC ikili diplom proqramları” sərgisi keçirilib.

APA-nın məlumatına görə, sərgidə tələbələrə UNEC-in Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavr və magistr pilləsi üzrə 8 ikili diplom proqramı təqdim olunub.

UNEC-də bakalavr pilləsi üzrə 4 il müddətində London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, Fransanın İCD Beynəlxalq Biznes Məktəbi və Moskva Dövlət Humanitar İqtisad Universitetinin diplomlarını əldə etmək mümkündür. Eləcə də magistr pilləsi üzrə ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti, İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ikili diplom proqramları reallaşdırır.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında deyib ki, bu, universitetdə ikili diplom proqramları ilə əlaqədar keçirilən ilk tədbirdir: “Universitetimizdə 8 xarici universitetlə ikili diplom proqramı həyata keçirilir. Bu sərginin məqsədi odur ki, tələbələrimizə ikili diplomlar barədə ətraflı məlumat verək və tələbələrimiz öz maraq və istəklərinə uyğun seçim etsinlər. 4 il ərzində tələbələrimiz İqtisad Universitetinin diplomu ilə yanaşı nüfuzlu bir xarici universitetin də diplomunu əldə edə bilər. Bu tədbirin də məqsədi bu işdə tələbələrimizə yardım etmək və ətraflı məlumat verməkdir”.

Qeyd edək ki, sərgidə millət vəkili Fazil Mustafa, “APA Group”-un rəhbəri Vüsalə Mahirqızı, təhsil eksperti Etibar Əliyev iştirak edib. 

FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="“UNEC ikili diplom proqramları” sərgisi keçirilib - FOTOSESSİYA">

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date