UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı bəyannaməsi qəbul edilib - MƏTN - YENİLƏNİB

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı bəyannaməsi qəbul edilib - MƏTN - YENİLƏNİB
# 01 iyul 2019 15:25 (UTC +04:00)

UNESCO-nun Mədəni İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Mədəni və Təbii İrsin Qorunmasına dair Bakı Bəyannaməsi qəbul edilib.

APA-nın xəbərinə görə, Dünya İrs Komitəsinin üzvlərinin imzaladığı sənəddə bildirilir ki, Dünya İrs Konvensiyası mədəni və təbii irsin qorunması üçün geniş miqyasda qəbul olunan beynəlxalq qanuni sənəddir.
Bəyannamədə mədəni və təbii irsin bəşəriyyət üçün əhəmiyyəti vurğulanıb.

Dünya İrs Komitəsinin üzvləri Azərbaycan hökumətinə 43-cü sessiyaya yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlıqlarını bildiriblər.

Komitə üzvləri bütün tərəfləri Dünya İrs Konvensiyasının həyata keçirilməsini dəstəkləməyə və Dünya İrs Mərkəzini və Məşvərət orqanlarını inklüziv dialoqu və əməkdaşlığı gücləndirməyə çağırıb.

Bəyannamədə həmçinin silahlı münaqişələr zamanı mədəni və təbii irsin qorunması üçün UNESCO-nun gördüyü tədbirlər və göstərdiyi səylər yüksək qiymətləndirilib.

***

13.04

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilat komitəsinin sədri Əbülfəs Qarayev Bakı bəyannaməsinin qəbul olunmasını təklif edib.

APA-nın məlumatına görə, nazir bildirib ki, Bakı bəyannaməsi dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.

Sonra iştirakçı ölkələr tərəfindən Bakı bəyannaməsi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR