UNICEF-in Azərbaycan üzrə rəhbəri: "Dünyada hər il 67 min yeniyetmənin intiharı ölümlə nəticələnir"

UNICEF-in Azərbaycan üzrə rəhbəri: "Dünyada hər il 67 min yeniyetmənin intiharı ölümlə nəticələnir"
# 15 oktyabr 2019 12:15 (UTC +04:00)

"Son dövrlərdə dünyada psixi sağlamlıq məsələlərinin cəmiyyətə təsiri barədə çox müzakirələr aparılır. Bu sahədə görüləcək tədbirlər barədə düşünməliyik".

APA xəbər verir ki, bunu UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, psixi çətinliklərlə üzləşən uşaq və gənclərin problemləri ilə bağlı müvafiq həllərin görülməsi vacibdir: "Dünyada hər il 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir. Yeniyetmələrin hər onuncusunun özünə xəsarət yetirmə cəhdi olub. Ümumiyyətlə, daha yuxarı yasda qız və oglanlar arasındakı intiharlar olumə səbəb olan əsas amillərdəndir. Gənclərin müxtəlif xəstəliklərinə səbəb olan amillər arasında davranış problemləri, özü-özünə xəsarət yetirmə, depressiv amillər əsas yer tutur".

E.Karvardin qeyd edib ki, Azərbaycanda bu sahədə 4 istiqamətdə iş aparılmalıdır:

"İlk növbədə özü-özünə xəsarət yetirmə hallarının öyrənilməsi, profilaktikası üçün aparılan işlər daha da gücləndirilmədir. Psixi sağlamlıqla bağlı tədbirlər daha da təkmilləşdirilməlidir. Gənclərin və uşaqların üzləşə biləcəyi risklərin aradan qaldırılması üçün işlər görülməlidir. 4 istiqamətdən ilki olaraq psixi sağlamlıqla bağlı problemlərin səbəbləri, onu təhrik edən amillər araşdırılmalıdır. Bunun üçün də gənclər, yeniyetmələr arasında təhlillər aparılmalıdır. Xüsusilə, sosial media platformaları ətraflı tədqiq edilməlidir. Çünki bir çox hallarda yeniyetmələr real həyatda deyə bilmədiklərini sosial mediada yazırlar.

İkincisi, bu tədqiqatlar əsasında psixi sağlamlıqla bağlı protokollar hazırlana və təkmilləşdirilə bilər. Üçüncüsü, məktəblərdə psixi sağlamlığa dəstək proqramları həyata keçirilə bilər. Dördüncü isə, nazirliklər arasında işçi qrupu yaradılsın, bu qrup çərçivəsində psixi sağlamlıqla bağlı müxtəlif çətinliklər, onun səbəbləri araşdırılsın və çoxsaylı sektorları əhatə edən tədbirlər həyata keçirilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR