Xaçmazda avtomobil qəzası zamanı qaz xətti yararsız hala düşüb

Xaçmazda avtomobil qəzası zamanı qaz xətti yararsız hala düşüb
# 23 oktyabr 2019 10:16 (UTC +04:00)

Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb.

“Azəriqaz”dan APA-ya bildirilib ki, hazırda 80 abonentin qaz təminatı dayandırılıb.

“Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə yaxın saatlarda bərpa işlərinə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR