"Rənglərin fəlsəfəsi" kitabı işıq üzü görüb

"Rənglərin fəlsəfəsi" kitabı işıq üzü görüb
# 11 mart 2015 10:13 (UTC +04:00)

Bakı - APA. Rəssam Məryəm Ələkbərli və kinorejissor Xəyyam Abdullazadənin birgə ərsəyə gətirdiyi "Rənglərin fəlsəfəsi" kitabı işıq üzü görüb.

APA-nın xəbərinə görə, kitab Məryəmin bir çox rəsm əsərlərinə yazılmış, Xəyyamın poetik fəlsəfi yozumundan bəhs edir.

Qeyd edək ki, bu, rəssamla rejissorun ilk birgə işi deyil. Bundan öncə onlar xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən "Məryəm" bədii sənədli filmində birgə çalışıblar. Xəyyam Abdullazadə filmin quruluşçu rejissorlarından biri, Məryəm Ələkbərli isə quruluşçu rəssamı olub. Əsasını Məryəmin rəsm əsərləri təşkil edən film qeyri-adi rejissor yozumu ilə tamaşaçıların marağına səbəb olub.

Xəyyam Abdullazadə vurğulayıb ki, hər bir sənət əsəri özündə aşkar və gizli informasiyaları yaşadır. "Rənglərin fəlsəfəsi" kitabında rejissor rəssamın əsərlərindəki gizlin fikirləri açmağa çalışıb. Ümumiyyətlə, kitab üslub və dizayn baxımından da çox orijinaldır. Kinorejissor onu da qeyd edib ki, "Rənglərin fəlsəfəsi" rəssamla birgə çalışdıqları sonuncu layihə olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR