Mərkəzi Klinikada da böyrək transplantasiyasının həyata keçirilməsinə başlanıb - FOTO

Mərkəzi Klinikada da böyrək transplantasiyasının həyata keçirilməsinə başlanıb  - <span style="color: red;">FOTO
# 14 iyun 2013 07:06 (UTC +04:00)

APA-nın məlumatına görə, uzun müddət aparılan hazırlıqlardan sonra 08.06.2013 tarixində Mərkəzi Klinika Xəstəxanada böyrək transplantasiyası icra edilib və uğurlu nəticə əldə olunub.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1976-cı il təvəllüdlü Mayis Kamran oğlu Yusifov bir ildir ki, bu günü gözləyirdi. Son 6 ayda həftənin 3 günü dializ alan xəstəni həyata bağlayan anası Mülayim Yusifova olub. Oğlunun yaşadığı sıxıntıları görən ana –“Oğlumun çəkdiyi əzablara dözümsüz olmuşam. Bir ildir onun üzü gülmədi. Böyrəyimi verib, onu bu acıdan qurtarmaq istəyirəm!” deyib.

Bu səbəbdən mərkəzə müraciət edən donor və resipientin lazımi təhlilləri aparılıb və əməliyyatın aparılmasının uyğun olduğu təsdiqlənib.

08.06.2013 tarixində Mərkəzi Klinika Xəstəxananın Ümumi Cərrahiyyə şöbəsinin cərrah heyəti tərəfindən əməliyyat uğurla icra edilib. Əməliyyatda Mərkəzi Klinika Xəstəxananın baş həkim müavini, Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrah T.e.n. Dr. Zaur Xəlilov, transplantoloq cərrah Dr. Tariyel Nadirov, nefroloq Dr. Səbinə Qasımova, anestezioloq Dr. Leyla Mikayılova və infeksionist Dr. Yaqut Qarayeva iştirak etmişlər.

Hazırda donor və xəstənin vəziyyəti yaxşıdır. Pasientlərin iyunun 15-də evə yazılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR