Xəzər rayonunda binaların dam örtükləri təmir olunur

Xəzər rayonunda binaların dam örtükləri təmir olunur
# 16 sentyabr 2019 14:37 (UTC +04:00)

Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir.

Bu barədə APA-ya Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, hazırda Xəzər rayonun təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilib və yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb. İşlər çərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur.

Xəzər rayonunda bu işlər BŞİH Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR