Aktyor Elvin Ağayev əməliyyatdan sonra evə buraxılıb

Aktyor Elvin Ağayev əməliyyatdan sonra evə buraxılıb
# 13 avqust 2022 14:28 (UTC +04:00)

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev qaraciyəri dəyişdiriləndən sonra xəstəxanadan evə buraxılıb.

APA xəbər verir ki, aktyor bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, 3 avqustda uğurlu əməliyyat keçirdikdən sonra artıq həkimlərin razılığı ilə müalicəsini evdə davam etdirəcək. Aktyor, müalicə prosesinin 6 ay davam edəcəyini deyib.

Qeyd edək ki, uzun müddətdir, qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevə öz bacısının qaraciyəri köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR