Ancelina Coli Ukraynaya səfər edib - VİDEO

Ancelina Coli Ukraynaya səfər edib - VİDEO
# 30 aprel 2022 18:45 (UTC +04:00)

Tanınmış Hollivud aktrisası, UNİCEF-in xoşməramlı səfiri Ancelina Coli Ukraynaya səfərə gedib.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının “Facebook” hesabında bildirilib.

Paylaşıma aktrisanın Lvovdakı kafelərdən birində çəkilmiş videosu əlavə olunub.

“Ancelina Coli Lvovda kafedədir. Bu, bütün dünyanın, o cümlədən tanınmış ulduzların bizimlə birlikdə olduğunun daha bir sübutudur”, - paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR